Azərbaycanda dəhşətli hadisə: 5 qadın öldü - YENİLƏNİB

Azərbaycanda dəhşətli hadisə: 5 qadın öldü - YENİLƏNİB

-- Daha bir neçə nəfər xəsarət alıb

Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 5 nəfərin boğularaq öldüyü bildirilir.
 
Maide.Az bildirir ki, APA-nnın Mil-Muğan bürosunun xəbərinə görə, ölənlərin hamısı qadındır. İlkin məlumatda onlardan 3-nün bir ailənin üzvü olduğu deyilir.
 
Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.
 
Qeyd edək ki, ölən qadınlar pambıq becərməyə gedirmiş.
 
 
***
 
09:50
 
Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
 
Maide.Az bildirir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 6 nəfərin öldüyü bildirilir.
 
Daha bir neçə nəfər xəsarət alıb.
 
İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.
 

 

Maide.Az bildirir ki

Google+ WhatsApp ok.ru