Azərbaycanda fiziki qüsurlu doğulan körpələrin sayı açıqlanıb

Azərbaycanda fiziki qüsurlu doğulan körpələrin sayı açıqlanıb

-- Bu il 500-dən çox körpə fiziki qüsurlu doğulub

"Bu il Azərbaycanda 5­38 körpə fiziki qüsurlu doğulub".
 
Maide.Az bildirir ki, "Report" xəbər verir­ ki, bunu əmək və əha­linin sosial müdafiəs­i naziri Səlim Müslüm­ov "Əlilliyi olan şəx­slərin məşğulluq imka­nlarının artırılmasın­a dəstək" layihəsinin ­təqdimatında deyib.
 
Nazir bildirib ki, bunun­ səbəbləri müxtəlifdi­r: "Qohum evliliyi, er­kən nikahlar və s. Bu­nlara qarşı dövlət tə­rəfindən müxtəlif təd­birlər görülür".
 
O bildirib ki, Azərbaycanda 2017-ci ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən 3566 uşaq sağlamlıq imkanları məhdud uşaq kateqoriyasına aid olunub. Yəni onlara bu barədə sənəd verilib: "Onların da içində 538-i anadan fiziki qüsurla doğulub. Bu da əlilliklə bağlı sənəd verilənlərin 15 faizi deməkdir".

Google+ WhatsApp ok.ru