Azərbaycanda `GetContact`a qadağa qoyuldu

Azərbaycanda `GetContact`a qadağa qoyuldu

-- ötən gündən proqrama giriş bloklanıb

Azərbaycanda “GetContact” proqramına giriş məhdudlaşdırılıb.
Bu proqram vasitəsilə istənilən nömrəni axtarışa verib onun kimə məxsus olduğunu öyrənmək mümkün olurdu. Belə ki, proqram telefona yüklənən zaman istifadəçidən şəxsi məlumatlarına, həmçinin yaddaşda saxlanılan telefon nömrələrinə girişə icazə verilirdi.
 
Bu üsulla proqramı yükləyən hər kəsin telefonundakı nömrələr vahid bazada toplanırdı. Sonra isə hər hansı bir nömrəni proqramın axtarış hissəsinə yazıb sorğu verdikdə həmin “app”i yükləyən şəxslərin bu nömrəni hansı adla qeydiyyatdan keçirdiyi üzə çıxırdı.
 
Bu proqramdan istifadə edənlərin sayı artıqca məsələ gündəmə gəldi və bir çox şəxslərin şəxsi məlumatların yayılmasından narahatlıqlarını bildirdilər. Artıq dünəndən həmin proqrama giriş bloklanıb.
 
Məlumata görə müvafiq şikayətlərdən sonra ölkə ərazisində bu proqramın istifadəsinə rəsmi olaraq icazə verilmir.(Qafqazinfo)
 

Google+ WhatsApp ok.ru