Azərbaycanda inflyasiya və manatın məzənnəsi ilə bağlı PROQNOZ

Azərbaycanda inflyasiya və manatın məzənnəsi ilə bağlı PROQNOZ

"Fitch" Azərbaycanda inflyasiya və manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb...
 
2017-ci ildə Azərbaycanda orta illik inflyasiya 9% səviyyəsində olacaq. APA xəbər verir ki, bu proqnozu "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən illik konfransında təşkilatın mütəxəssisləri səsləndirib.
 
Mütəxəssislər qeyd edir ki, 2018-ci ildə orta illik inflyasiya 5%-dək geriləyəcək.
 
Qeyd edək ki, 2016-cı ildə orta illik inflyasiya 12,4% təşkil edib.
 
Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu il orta illik inflyasiya 7,3% olacaq.
 
"Fitch"in proqnozlarına əsasən, 2017-ci ildə manatın dollara nisbətən orta illik məzənnəsi 1,76 səviyyəsində, 2018-ci ildə 1,7 səviyyəsində olacaq.
 
Agentliyin mütəxəssisləri bu il neftin 1 barelinin orta qiymətinin 45 dollar olacağını, 2018-ci ildə isə 55 dollar olacağını proqnozlaşdırır.
 
 

Google+ WhatsApp ok.ru