Azərbaycanda insan hüquqlarının vəziyyəti AŞPA-müzakirə ediləcək

Azərbaycanda insan hüquqlarının vəziyyəti AŞPA-müzakirə ediləcək

Parlament Assambleyasının (AŞPA) komitələrində Azərbaycanda demokratik institutların fəaliyyəti və insan haqlarının vəziyyəti müzakirə olunacaq.
 
Avropa Şurası Parlament Assambleyanın saytında yerləşdirilmiş xəbərdə deyilir ku, sentyabrın 5-də Parisdə AŞPA-nın Hüquqi məsələlər və insan haqları Komitəsinin iclası keçiriləcək.
 
Toplantıda Belçikadan olan parlamentari Alen Destercenin (Alain Desterxhe) təqdimatında Azərbaycanda insan haqlarının vəziyyətinə həsr olunan hesabat müzakirə ediləcək.
 
Sentyabrın 7-də isə Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclası olacaq.
 
Toplantıda AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) Azərbaycanda demokratik institutların fəaliyyəti ilə bağlı hesabat layihəsini təqdim edəcəklər. Daha sonra layihə ətrafında müzakirə aparılacaq. (azadliq.info) /

Google+ WhatsApp ok.ru