Azərbaycanda kişi ölümləri artır

Azərbaycanda kişi ölümləri artır

-- 14 yaşadək uşaqlar arasında oğlanların ölüm faizi qızlarla müqayisədə 30%-dən çoxdur

2016-cı ilin nəticələrinə görə, müvafiq cins və yaş qrupu üzrə əmək qabiliyyətli əhalinin (15-64 yaş) hər 100 000 nəfəri hesabı ilə ölən kişilərin sayı qadınlarla müqayisədə az qala 2 dəfə çoxdur.
 
Belə ki, 2016-cı ildə 15-64 yaşlı qadınların hər 100 000 nəfəri hesabı ilə 195 nəfər qadın həyatını itiribsə, eyni yaş qrupu üzrə kişi ölümü 379 nəfər olub.
 
Maide.Az bildirir ki, bu barədə Axar.az-a açıqlamasında ekspert Rövşən Ağayev bildirib. O qeyd edib ki, 2016-cı il də ölən bütün kişilərin (cəmi 29924 nəfər) 44%-i əmək qabiliyyətli yaşda olduğu halda, qadınların cəmi 25%-i 15-64 yaşda həyatını itiriblər:
 
“Azərbaycanda selektiv abortların çoxalması son onilliklərdə doğulan uşaqlar arasında oğlanların təxminən 5-6% üstünlük təşkil etməsinə səbəb olub. Lakin ölümlə bağlı statistika göstərir ki, 14 yaşadək uşaqlar arasında oğlanların ölüm faizinin qızlarla müqayisədə 30%-dən çox olması yuxarı yaşlarda qadınla kişi sayında fərqi azaldır. Məsələn, 2016-cı ildə 0-14 yaş intervalında hər 100 000 nəfər qız uşağına ölüm göstəricisi 97 nəfər, oğlan uşaqları üzrə 126 nəfər təşkil edib. İnkişaf etmiş ölkələrdə əmək qabiliyyətli yaşda (15-65 yaş) ölümlərin ümumi ölümlərdə payı 18-22% ətrafındadır. Azərbaycanda isə bu göstərici son illər 36-38% arasında dəyişib. Yəni bizdə əmək qabiliyyətli yaşda həyatın itirilməsi faizi Qərb ölkələrindən azı 2 dəfə yüksəkdir”.
 

Google+ WhatsApp ok.ru