Azərbaycanda magistraturaya qəbul elan edilib 10 Mart 2017 02:00 Elm, Təhsil Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün magistraturaya qəbul elan edib. Bu barədə APA-ya DİM-dən məlumat verilib. Məlumatda bildirilib ki, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına tələbə qəbulu haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci sayında dərc ediləcək. / Teqlər : #Azərbaycanda magistraturaya qəbul elan edilib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Martın 12-də 40 minə yaxın şagird buraxılış imtahanı verəcək Rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlanıb