Azərbaycanda mal-qaranın sayında böyük azalma olub

Azərbaycanda mal-qaranın sayında böyük azalma olub

-- 22,7 min baş azalıq

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə iri buynuzlu mal-qaranın baş sayı 22,7 min baş azalaraq 2 milyon 684,1 min baş, qoyun və keçilərin baş sayı 126,3 min baş azalaraq 8 milyon 659,2 min baş olub.
 
Maide.Az "foodinfo"-a  istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu dövrdə diri çəkidə 119,2 min ton ət, 458,2 min ton süd, 434,6 milyon ədəd yumurta, 51,7 min ton tərəvəz istehsal olunmuşdur.
 
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 2,1 faiz, tərəvəz istehsalı isə 2,3 dəfə artıb.
 
2017-ci ilin birinci rübü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,2 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 63,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,8 faiz artıb.
 

Google+ WhatsApp ok.ru