Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb 04 Aprel 2018 01:00 Ölkə -- növbəti 4 gündə Azərbaycan ərazisində növbəti 4 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb. Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, aprelin 5-dən 9-dək ölkədə hava şəraiti mülayim keçəcək. Onun sözlərinə görə, aprelin ikinci ongünlüyünə qədər Azərbaycan ərazisində yağmursuz hava şəraiti müşahidə olunacaq: "Mülayim cənub-şərq küləyi əsəcək". G.Məmmədova qeyd edib ki, bu günlə müqayisədə növbəti günlərdə havanın temperaturu tədricən yüksələcək. Teqlər : #Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İpoteka kreditləri üzrə sığorta tarifləri endiriləcək Nazirlik rəsmisi: Xəzərdə kruizlərin marşrutu Xəzəryanı ölkələrlə birgə razılaşdırılmalıdır