Azərbaycanda narkoman qadınların sayı artıb

Azərbaycanda narkoman qadınların sayı artıb

Respublika Narkoloji Dispanserdə ötən il 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb.
 
Maide.Az bildirir ki, Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur.
 
Məlumata əsasən, istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb, lakin onlar yaşının azlığına görə cinayət məsuliyyətinə cəlb olunmayıblar.
 
Məlumatda qeyd olunur ki, son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib.
 

Google+ WhatsApp ok.ru