Azərbaycanda nümunəvi qəbiristanlıqlar olacaq

Azərbaycanda nümunəvi qəbiristanlıqlar olacaq

Azərbaycanda nümunəvi qəbiristanlıqlar, qəbirlərin hündürlüyü, yazıları  barədə yeni sənəd hazırlanır. Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a məlumat verib.
 
Deputat bildirib ki, qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.
 
“Sənəddə göstərilib ki, qəbiristanlıqlar, məzar yerləri, başdaşları hər yerdə eyni cür və eyni qiymətə olmalıdır”.
 
Deputat qeyd edib ki, yeni qanun layihəsində qəbiristanlıqlarla bağlı standartlar müəyyən olunacaq.
 
“Qəbirlərin ölçüləri, cığırlar, yollar, yazılar və s. sənəddə öz əksini tapacaq. Həmçinin yeni qanun layihəsində şəhid məzarları ilə bağlı bəndlər də öz əksini tapacaq.  Sənəddə nümunəvi qəbiristanlıqların idarə olunmasına, onların qorunmasına, təmiz saxlanılmasına diqqət ayırılıb”.
 
Fazil Mustafa onu da əlavə edib ki, nümunəvi qəbiristanlıqlar bütün respublikanı əhatə edəcək. /

Google+ WhatsApp ok.ru