Azərbaycanda Polis Şöbəsində intihar

Azərbaycanda Polis Şöbəsində intihar

-- kamerada özünü asdı

Astarada polis tərəfindən tutulan şəxs intihar edib.
 
Maide.Az bildirir ki, APA-nın məlumatına görə, hadisə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.
 
Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.
 
Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
 
Qeyd edək ki, B. İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulubmuş.
 

Google+ WhatsApp ok.ru