Azərbaycanda qanın bədxassəli xəstəliyi diaqnozu qoyulmuş uşaqların sayı açıqlanıb

Azərbaycanda qanın bədxassəli xəstəliyi diaqnozu qoyulmuş uşaqların sayı açıqlanıb

-- hazırda Azərbaycanda dispanser qeydiyyatda olan hemoblastozlu xəstələrin sayı 2233 nəfərdir.

Hazırda qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirilmiş uşaqların sayı 313 nəfərdir.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
 
O qeyd edib ki, hazırda Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda 27 523 nəfər qan xəstəlikləri dispanser qeydiyyatındadır:
 
 "Keçən il ilkin olaraq 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb. Onların 603 nəfəri böyük, 84-ü isə uşaqdır. Həmin şəxslər dispanser qeydiyyata götürülüb".
 
Z.Əlimirzəyeva bildirib ki, hazırda Azərbaycanda dispanser qeydiyyatda olan hemoblastozlu xəstələrin sayı 2233 nəfərdir.
 

Google+ WhatsApp ok.ru