Azərbaycanda QAZ avtomobilləri yığılacaq

Azərbaycanda QAZ avtomobilləri yığılacaq

-- «QAZ» markalı maşınların Hacıqabul Sənaye Məhəlləsində yığılması nəzərdə tutulur

Azərbaycan Rusiyaya məxsus «QAZ» avtomobilləri istehsal edəcək.
 
Bu gün, aprelin 23-də Qorki Avtomobil Zavodu (QAZ) ilə «Azərmaş» Açıq Səhmdar Cəmiyyəti arasında həmin avtomobillərin Azərbaycanda yığılmasına dair razılaşma memorandum imzalanıb.
 
İqtisadiyyat Nazirliyinin məlumatına görə, müvafiq müqavilə iqtisadiyyat naziri Şahin Mustafayevin Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinlə görüşü zamanı bağlanıb.
 
Kiçiktonnajlı «QAZ» markalı maşınların Hacıqabul Sənaye Məhəlləsində yığılması nəzərdə tutulur.
 
Rusiyalı nazir Azərbaycandan olan həmkarı ilə görüşündə ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə ediblər.
 
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin aprelin 22-i Azərbaycana səfər edib.
 
Onu aprelin 23-də Azərbaycan prezidenti İlham Əliyev də qəbul edib.
 
Səfər elə aprelin 23-də başa çatacağı gözlənir.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru