Azərbaycanda rəsmi işsiz statusu alan şəxslərin 36 faizini qadınlar təşkil edir

Azərbaycanda rəsmi işsiz statusu alan şəxslərin 36 faizini qadınlar təşkil edir

-- Xidmətdə işləyənlərin 21,9 faizi təhsil sahəsində çalışır...

 Bu il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38 481 nəfər olub, onların da 36,3 faizini qadınlar təşkil edir.
 
Maide.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
 
Sənəddə qeyd edilib ki, işsizlik müavinəti orta hesabla 291,2 manat olub.
 
Hesabatda həmçinin vurğulanıb ki, 2018-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1521,3 min nəfər olub, onlardan 880,1 mini iqtisadiyyatın dövlət sektorunda, 641,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. İqtisadiyyatın neft sektorunda 33,9 min nəfər, qeyri-neft sektorunda isə 1487,4 min nəfər muzdla işləyib.
 
Xidmətdə işləyənlərin 21,9 faizi təhsil, 19,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışıb.

Google+ WhatsApp ok.ru