Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

-- Bəzi yerlərdə yağış yağacaq

Bakı və Abşeron yarımadasında noyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 
 
Mülayim cənub-qərb  küləyi gündüz  güclü  şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Maide.Az xəbər verir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  10-13° isti, gündüz  13-16° isti, Bakıda gecə  10-12° isti, gündüz  13-15° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  753  mm civə sütunundan  763 mm civə sütununa yüksələcək.
 
Nisbi rütubət  70-80 % olacaq.   
 
Azərbaycanın qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 1-6° isti,  gündüz 6-10° isti olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru