Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

-- çiskinli, dumanlı, küləkli

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.
 
Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7° isti, gündüz 9-12° isti təşkil edəcək. Bakıda gecə 5-7° isti, gündüz 10-12° isti olacaq.
 
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti təşkil edəcək.
 

Google+ WhatsApp ok.ru