Azərbaycanda ötən il inflyasiya 12,9 faiz olub

Azərbaycanda ötən il inflyasiya 12,9 faiz olub

-- Ərzaq məhsullarının qiymətləri 16,4 % artıb

Azərbaycanda 2017-ci ildə istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9%, o cümlədən ərzaq məhsullarının qiymətləri 16,4%, qeyri-ərzaq mallarının qiymətləri 11,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3% artıb.
 
Maide.Az bildirir ki,  bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
Məlumata görə, ötən ilin dekabr ayında noyabra nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,0%, qeyri-ərzaq mallarının qiymətləri 0,2% yüksəlib, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qaıb.
 
Dekabrda noyabr ayı ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, zeytun yağının, çay və qəhvənin, bananın, almanın, armudun, narın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun qiymətində ucuzlaşma müşahidə olunub.
 
Ucuzlaşan məhsullar sırasında sarımsağın, kartofun qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, günəbaxan yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, xurmanın, kələmin, göyərtinin, soğanın, çuğundurun, yerkökünün də adı qeydə alınıb. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, zərgərlik məmulatlarının, şüşə məmulatları, yemək qabları və əşyalarının qiymətində ucuzlaşma müşahidə edilib.
 
Ucuzlaşan məhsullar sırasında minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma, soyuducuların, mobil telefonların, planşet tipli kompüterlərin, havanın isidilməsi üçün qızdırıcıların, tozsoranların da adı yer alıb. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Google+ WhatsApp ok.ru