Azərbaycandan Həccə gedəcək zəvvarlar ödənişi hissə-hissə edə bilərlər

Azərbaycandan Həccə gedəcək zəvvarlar ödənişi hissə-hissə edə bilərlər

-- Ödənişin son tarixi 1 may 2018-ci ildir.

Azərbaycandan bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlara ödənişin ödənmə qaydasında güzəştlər edilir.
 
Maide.Az  APA-ya istinadən xəbər verir ki, zəvvarlar ziyarətə görə ödənişi hissə-hissə edə biləcəklər.
 
Ödənişin son tarixi 1 may 2018-ci ildir.
 
Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır.
 
Azərbaycana bu il Həcc ziyarəti üçün 2000 kvota ayrılıb, sənəd qəbulu artıq başlayıb.
 
 

Google+ WhatsApp ok.ru