Azərbaycanın ali məktəblərində təhsil alan 2500-dən çox gənc bu il diplom ala bilməyib 25 Sentyabr 2017 01:00 Elm, Təhsil 2013/2014-cü tədris ilində ali təhsil müəssisələrinə ümumilikdə 33 880 gənc qəbul olub. "Report"un məlumatına görə, onlardan dövlət ali təhsil müəssisələrinə 28 839 nəfər, özəl ali təhsil müəssisələrinə isə 5 041 nəfər qəbul olub. Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 2016/2017-ci tədris ilində ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrini bakalavriat səviyyəsi üzrə bitirənlərin (diplom alanların) sayı ümumilikdə 30 457 nəfər olub. Onlardan 22 100 nəfəri Təhsil Nazirliyinin tabeliyində olan, 4 372 nəfəri digər dövlət qurumlarının tabeliyində olan, 3985 nəfəri özəl təhsil müəssisələrini bitirib. Nəzərə alsaq ki, 2013/2014-cü tədris ilində Azərbaycan Tibb Universitetinə qəbul olan 932 gəncdən 104 nəfəri (4 illik əczaçılıq fakültəsi) bu il oranı bitirib. Bu da o deməkdir ki, 828 tələbə hələ də təhsilini davam etdirir. Yekun nəticəyə görə, bu il 3423 nəfər diplom ala bilməyib. Bu saydan da ATU-da tədrisini davam etdirən 828 tələbəni nəzərə alsaq, deməli, azı 2595 tələbə diplomsuz qalıb. / Teqlər : #Azərbaycanın ali məktəblərində təhsil alan 2500dən çox gənc bu il diplom ala bilməyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ali məktəblərə yeni qəbul qaydaları – dəyişən tək qaydalarmı olacaq? “Diplomu tanınmayanların çoxu qanunsuz köçürülmə yolu ilə gələnlərdir”