Azərbaycanın bəzi yollarında yenidən sürüşmə və uçqun prosesləri aktivləşib 06 Sentyabr 2018 01:00 Ölkə Avqust ayı ərzində Azərbaycanın bəzi avtomobil yollarında yeni sürüşmə sahələri yaranıb, mövcud sürüşmə sahələrinin ölçüləri genişlənib, bəzi yollarda isə uçqun prosesləri baş verib. Maide.Az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ə.Qaralovun sözlərinə görə, avqust ayı ərzində Lənkəran-Lerik yolunun 17-19-cu kilometrliyində uçqun-töküntü prosesləri, 27-29-cu kilometrliyində olan sürüşmə sahəsində uçqun-sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilib, yolboyu bir neçə yerdə uçqun-töküntü prosesləri qeydə alınıb. Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyindəki sürüşmə sahəsində isə yamac hissədə uçqun prosesləri və yeni çatlar qeydə alınıb. Nazirlik rəsmisi əlavə edib ki, Lerik-Qoşmalyan-Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsinin dinamikasında aktivlik olub, yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Ə.Qaralov əlavə edib ki, Lənkəranın Gəgiran kəndində sürüşmə sahəsinin parametrləri genişlənib. Lənkəranın Tükəvilə-Diryan-Gəgiran yolunun 12-ci kilometrliyində nisbi aktivləşmə, yolun hər iki çiynində çökmə-oturma prosesləri olub. Bununla yanaşı, Masallı-Yardımlı yolunun 13-15, 7-16- 24-25, 4-26-cı kilometrliyində yolboyu bir neçə yerdə uçqun-töküntü prosesləri və yolun yamac hissəsində yeni lokal sürüşmə prosesləri əmələ gəlib. Ekspedisiya rəisi Cəlilabad-Cəngan-Soltankənd yolunun 17-ci kilometrliyindəki mövcud sürüşmə sahəsində nisbi aktivliyin müşahidə edildiyini söyləyib. Ə.Qaralovun sözlərinə görə, Gədəbəy rayonunun Pirdağ sürüşmə sahəsində, Xızı-Altıağac yolunun 1-ci kilometrliyində mövcud sürüşmə sahəsində aktivlik olub, yolun hərəkət hissəsində müxtəlif ölçüdə eninə çatlar müşahidə edilib. Bu yolun 11-15-ci kilometrliyində nisbi aktivlik müşahidə olunub, yolun yamac hissəsində uçqun- töküntü prosesləri qeydə alınıb. Mütəxəssis bildirib ki, Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə prosesinin dinamikasında nisbi aktivləşmə olub, yolboyu uçqun-töküntü prosesləri müşahidə edilib. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində yolun sağ və sol yamacında sürüşmə sahəsinin ölçüləri artıb. Bakı-Ağsu yolunun 132-156-cı kilometrliyində sürüşmə prosesi aktivləşib, lokal sahələrdə uçqun prosesləri qeydə alınıb. Şamaxı-Qaleybuğurd-Keçməddin yolunun 24-25-ci kilometrliyində ötən aylar ərzində Ağsuçayda baş vermiş sel nəticəsində Keçməddin kəndinə giriş yolunun 35-40-metr hissəsində uçqun hadisəsi baş verib. Teqlər : #Azərbaycanın bəzi yollarında yenidən sürüşmə və uçqun prosesləri aktivləşib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nazirlik: Ölkə ərazisində toz-dumanı müşahidə olunur Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq