`Azəriqaz` əhaliyə 100 manatlıq limit qoydu - VİDEO 03 Dekabr 2016 02:00 Ölkə İndiyə qədər qaz sayğacları üçün smart kartınızın balansını artırmaq üçün maksimum iki min manat yükləyə bilirdiniz. Artıq bu rəqəm 100 manata endirilib. Ödəmə terminallarında bu haqda elan yerləşdirilib. "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayevin sözlərinə görə, Tarif Şurasının təbii qazın qiymətinin diferensiallaşdırılması ilə bağlı müvafiq qərarından sonra bu addım atılıb. Limitin qoyulmasına səbəb sırf texniki məsələdir. Kartınızdaki 100 manatı sayğaca yükləyəndən sonra yenə balansınızı 100 manat artırmaq istəsəniz, yalnız bir dəfə şans veriləcək. Proses, sadəcə, bir aylıq nəzərdə tutulub. Gələn ilin yanvarın 1-dən ödəmə əvvəlki qaydada aparılacaq. Teqlər : #`Azəriqaz` əhaliyə 100 manatlıq limit qoydu VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çaylardakı sululuq vəziyyət açıqlandı Bazar gününə olan hava proqnozu açıqlanıb