AĞILLI MÜSƏLMANIN 10 ƏLAMƏTİ

AĞILLI MÜSƏLMANIN 10 ƏLAMƏTİ

İmam Rzadan (ə) nəql olunan gözəl bir hədisdə müsəlman bir şəxsin on əlamətindən söz açılır və o həzrət buyurur:

لَا يَتِمُّ عَقْلُ امْرِئٍ مُسْلِمٍ حَتَّى تَكُونَ فِيهِ عَشْرُ خِصَالٍ الْخَيْرُ مِنْهُ مَأْمُولٌ وَ الشَّرُّ مِنْهُ مَأْمُونٌ يَسْتَكْثِرُ قَلِيلَ الْخَيْرِ مِنْ غَيْرِهِ وَ يَسْتَقِلُّ كَثِيرَ الْخَيْرِ مِنْ نَفْسِهِ- لَا يَسْأَمُ مِنْ طَلَبِ الْحَوَائِجِ إِلَيْهِ وَ لَا يَمَلُّ مِنْ طَلَبِ الْعِلْمِ طُولَ دَهْرِهِ الْفَقْرُ فِي اللَّهِ أَحَبُّ إِلَيْهِ مِنَ الْغِنَى وَ الذُّلُّ فِي اللَّهِ أَحَبُّ إِلَيْهِ مِنَ الْعِزِّ فِي عَدُوِّهِ وَ الْخُمُولُ أَشْهَى إِلَيْهِ مِنَ الشُّهْرَةِ ثُمَّ قَالَ (علیه السلام) الْعَاشِرَةُ وَ مَا الْعَاشِرَةُ قِيلَ لَهُ مَا هِيَ قَالَ لَا يَرَى أَحَداً إِلَّا قَالَ هُوَ خَيْرٌ مِنِّي وَ أَتْقَى

“Müsəlman şəxs on xislətə sahib olmayınca ağlı kamilləşməz:

1. Ondan xeyirxahlıq gözlənilər;

2. Onun pisliyi və şərindən amanda qalınar;

3. O, başqalarının az yaxşılıqlarını çox hesab edər;

4. Özünün çox yaxşılıqlarını az hesab edər;

5. Başqalarının istək və diləyindən yorulmaz;

6. Ömrü boyunca elm öyrənməkdən yorulmaz;

7. Allaha ehtiyacı digər ehtiyaclardan üstün tutar;

8. Allah dərgahında kiçik olmağı Allah düşməninin yanında böyük olmaqdan üstün tutar;

9. Tanınmaz qalmağı məşhurlaşmaqdan üstün tutar;

Sonra imam Rza (ə) əlavə edərək buyurdu: “Onuncu xislət daha çox əhəmiyyət kəsb edir.” İmamdan (ə) “Onuncu xislət hansıdır?” – deyə soruşduqda, İmam (ə) buyurdu: “Gördüyü hər bir kəs haqqında belə düşünsün və desin: “O, məndən yaxşı və təqvalıdır”. (“Biharul-ənvar”, Beyrut çapı,75-ci cild, səh.336.)

(Maide.az)

Google+ WhatsApp ok.ru