Ağ Ev qarşısında “Trampın iftarına yox” aksiaysı

Ağ Ev qarşısında “Trampın iftarına yox” aksiaysı

-- Trampın irqçi siyasətlərinə etiraz olaraq

Amerika İslam Əlaqələri Şurasının (CAİR)  sədri Nihad Awad  ABŞ prezidenti Donald Trampın  iftar dəvətini baykot etdiklərini və  Ağ Ev qarşısında iftar süfrəsi təşkil edəcəklərini açıqlayıb. 
 
Maide.Az “alquds”a istinadən xəbər verir ki, N.Awad deyib ki, ABŞ-da fəaliyyət göstərən bir neçə İslami təşkilat  iyunun 6-da Ağ Evdə Tramp tərəfindən təşkil olunan  iftar süfrəsini baykot edib və iftar dəvətində iştirak etməyib. Onlar  həmçinin Ağ ev qarşısında “Trampın iftar dəvətinə yox” adlı iftar ziyafəti  təşkil etmək üçün qərar qəbul edib. Bu tezliklə baş verəcək. 
 
N. Awad əlavə edib ki, Ağ Ev qarşısında təşkil olunacaq iftar süfrəsində bütün yoxsul və evsiz amerikalılar iştirak üçün dəvətlidir. “Bu ziyafət Trampın iftar dəvətinə cavab olacaq.Biz Trampın iftar dəvətini onun irqçi siyasətlərinə görə baykot etdik”. 
 
 

Google+ WhatsApp ok.ru