Ağcaqanadların yoluxdurduğu ölümcül virus Tailandda 69 can aldı

Ağcaqanadların yoluxdurduğu ölümcül virus Tailandda 69 can aldı

Tailandda ilin təxminən 9 aylıq dövründə 50 mindən çox insanda görülən danq humması 69 nəfərin ölümünə səbəb olub.
 
Maide.Az "Open.az"a istinadla xəbər verir ki, yerli mətbuatın Səhiyyə Nazirliyinin verdiyi xəbərə görə, bu il yanvarın 1-dən sentyabrın 8-nə qədər 27 regionda 52670 nəfərdə danq humması aşkar edilib.
 
Eyni tarixlərdə dekabrında, epidemiya səbəbindən 69 nəfər həyatını itirib.
 
Virusun ən çox Phuket, Nakorn Pathom, Phichit, Maehongsorn və Krabi bölgələrində görüldüyü qeyd olunub.
 
Danq humması virusu, insanlara ağcaqanad vasitəsilə yoluxur. İlkin zamanlarda yüngül qızdırmayla müşahidə olunana xəstəlik, bəzi hallarda ölümcül ola bilir. Hadisələr, əsasən yağış mövsümləri kimi tanınan iyun və sentyabr ilə dekabr və mart aylarında artım göstərir.
 
Alimlər, yüksək temperatur və uzun sürən yağışların malyariya və danq humma daşıyan ağcaqanadların artmasına səbəb olduğunu bildirib.
 
Xəstəliyə səbəb olan ağcaqanad növünün gölməçələrində sürfə yaratması səbəbindən xüsusilə sənaye dairələrindəki zibil yığıntılarınınmütəmadi olaraq dərmanlanması lazımdır.
 

Google+ WhatsApp ok.ru