AİP-in sədr əvəzi Hacı İlham Əliyev Şeyx Sərdar Hacıhəsənlini təbrik etdi

AİP-in sədr əvəzi Hacı İlham Əliyev Şeyx Sərdar Hacıhəsənlini təbrik etdi

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev Şeyx Hacı Sərdar Hacıhəsənlini doğum günü münasibətilə AİP adından təbrik edib
 
Maide.Az xəbər verir ki, "İslaminSesi"nə daxil olan təbrikdə deyilir.
 
"Əziz ruhani alim Şeyx Hacı Sərdar qardaşımızı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Hacıya Allah-Təaladan möhkəm can sağlığı, cəmiyyət üçün yaşadığı faydalı ömrünə bərəkət, tutduğu müqəddəs Əhli-Beyt (ə) yolunda sarsılmaz addımlar, yeni, daha yüksək zirvələr diləyirik.
 
Hörmətli Şeyx Hacı Sərdar qardaşımız dəyərli ruhani alim kimi ləyaqətli ömrünün bütün mərhələlərində İslam dininin təbliği, hər kəsə nümunə olan bəndəçilik əməlləri ilə geniş ictimaiyyətin, o cümlədən mənsub olduğu bölgənin dərin hörmətini qazanan izzətli insan kimi tanınır.
 
Təqvası ilə əkiz doğulan insanlar yaşadıqları cəmiyyət üçün şölələnən parlaq çıraq kimidirlər. Onlar qaranlıqlara işıq saçar, düz yol göstərər, mənsub olduqları torpağı, vətəni hər kəsə sevdirərlər. Onlar pislikləri silməyə, rədd etməyə çalışar, insanları halallığa səsləyərlər. Qardaşımız Sərdar Hacıhəsənli məhz belələrindəndir. Hacıya qarşı atılan hər bir neqativ addım cəmiyyətə qarşı atılmış kimidir. Buna yalnız xalqımızın düşmənləri cürət edə bilərlər.
 
Bu gün məhbəsdə saxlanılan Şeyx Sərdar Hacıhəsənli ilə qürur duymağa onun sevənlərin haqqı vardır. Hər birimizin qəlbi onun qəlbi ilə birgə döyünür. Çəkildiyi imtahan zənn edirik ki, Allahın bizləri sınadığı imtahandan çətin ola bilməz. Əminik ki, əziz qardaşımız Hacı Sərdar dinimizin, alimlərimizin dəyərlərini qiymətləndirə bilməyənlərin imtahanından da uğurla çıxacaq, hörmət və izzəti daha da yüksələcək.
 
Bir daha Şeyx Sərdar qardaşımızı təbrik edir, Allahdan cəmiyyətimizə haqq və ədalətin nazil olmasını diləyirik."
 
Hacı İlham Əliyev, Azərbaycan İslam  Partiyasının sədr əvəzi
 

Google+ WhatsApp ok.ru