AİP lideri Mövsüm Səmədov 3 illik Qobustan həbsxanasına göndərilir - FOTO (YENİLƏNİB)

AİP lideri Mövsüm Səmədov 3 illik Qobustan həbsxanasına göndərilir - FOTO (YENİLƏNİB)

AİP lideri Mövsüm Səmədovun 3 illik Qobustan qapalı tipli təcridxanasına göndərilməsi ilə bağlı məhkəmə hökm çıxarıb. Bu barədə vəkil Yalçın İmanov bildirib. Vəkil qərardan apelyasiya şikayəti verəcəklərini deyib.

 
***
Ötən həftə AİP lideri Mövsüm Səmədovun Qobustan qapalı tipli təcridxanasına göndərilməsi ilə bağlı məhkəmə prosesinin bu gün keçirilməsi barədə qərar verilmişdi. 
 
Dövlət ittihamçısı həmin məhkəmə prosesində M.Səmədova 3 il cəza istəsə də, hakim prosesi təxirə salmışdı. Belə ki, bu günə təyin edilən məhkəmə prosesi artıq başlayıb.  
 
Qeyd edək ki, proses Qaradağ rayon məhkəməsində keçirilir. Hazırda Səmədovun vəkili Yalçın İmanovun iştirakı ilə məhkəmə prosesi keçirilir.
 
AİP-in sədr əvəzi Hacı İlham Əliyev və bir bir neçə partiya funksioneri də həbsxana qarşısında məhkəmənin qərarını gözləyir.  
 
M.Səmədov varikoz xəstəliyindən əziyyət çəkir və səhhətindəki problemlər onun qapalı tipli müəssisədə cəza çəkməsinə imkan vermir. (faktxeber) /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru