AİP lideri Mövsüm Səmədovun karserə salınması etirazla qarşılandı

AİP lideri Mövsüm Səmədovun karserə salınması etirazla qarşılandı

Xəbər verdiyimiz AİP lideri Mövsüm Səmədov 12 saylı Cəza Çəkmə Müəssisəsinin rəhbərliyi tərəfindən bayram günlərində karserə salınıb
 
Mart ayının 19-u 3 günlük karsa salınan AİP liderinin cəza müddəti bitər-bitməz, onun barəsində yenidən 2 ay müddətinə karser cəzası verilib.
 
Mövsüm Səmədovla bağlı baş verənlər ölkənin inanclı cameəsi, siyasi arenası və ictimaiyyət nümayəndələri tərəfindən etirazla qarşılanıb.
 
Baş verənlərlə bağlı “İslaminSesi”nə açıqlama verən Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bildirdi ki, Mövsüm Səmədovun davamlı olaraq karsa salınması onun sındırılması yönündə hakimiyyətin növbəti təxribatıdır.
 
Nəyin bahasına olursa-olsun Doktor Səmədovu sıradan çıxarmaq istədiklərini söyləyən Eldəniz Quliyev, “artıq bütün əndazələri aşıblar. Hacı kimi işıqlı bir insanın, dini,əxlaqi və mənəvi dəyərlər uğrunda mücadilə aparan mütərəqqi bir lider və islam aliminin allahsızcasına əzablara düçar edilməsi, ədalətsizcəsinə işgəncələrə məruz qoyulması artıq mövcud iqtidarın qisasçılığında xəbər verir”, - deyə bildirdi:
 
“AİP lideri Doktor Mövsüm Səmədova qarşı bu sayaq aşkar düşmən münasibət, düşünürəm ki, mənəvi və dini dəyərləri uca tutan hər kəs tərəfindən qətiyyətlə pislənməlidir. Çox güman ki, bu yaxınlarda biz "Günahsız həbs olunmuş inanclı insanların Müdafiə Komitəsi" bu məsələ ilə əlaqədar fövqəladə iclasımızı keçirəcəyik və orada daha ətraflı mövqe bildirəcəyik.”
 
AİP lideri Mövsüm Səmədovla bağlı baş verənlərin dərin narahatçılıq doğurduğunu söyləyən ilahiyyatçı-filosof, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu atılan addımlardan çox narahat olduqlarını söylədi: "Hesab edirik ki, əziz ruhani qardaşımız Hacı Mövsüm Səmədov və digər siyasi məhbusları tezliklə azad edilməlidir. Bütün bunların fonunda Hacı Mövsüm Səmədovla bağlı baş verənlər təmamilə qeyri-hüquqidir və insan haqlarının kobud surətdə pozulmasıdır."
 
Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli isə açıqlaması zamanı bildirdi ki, AİP lideri Mövsüm Səmədovun 12 saylı CÇM-də bayram günlərində haqsız yerə karserə salınması ictimaiyyətin haqlı etirazına səbəb olub.
 
Mövsüm Səmədovun daxili intizam qaydalarını pozmasına dair deyilənlərin şər və böhtan olduğunu söyləyən Rövşən Əhmədli, “Doktor Səmədov öz əxlaqı və şəxsi göstəriciləri ilə nümunəvi insan olub və haqsızlığa qarşı həmişə səbir və təmkinlə mübarizə aparıb”, - deyə bildirdi:
 
“Saxta ittihamlarla həbsə salmaları azmış kimi, indi də həbsxanada müxtəlif üsullarla cəzalandırmağa çalışırlar. Görünən budur ki, onlar bu addımları ilə Mövsüm Səmədovu yenidən Qobustan həbsxanasına göndərmək istəyirlər. Bizlər də öz növbəmizdə Mövsüm Səmədovla bağlı baş verənləri qətiyyətlə pisləyirik və müvafiq orqanlardan bu haqsızlıqlara son qoymağa çağırırıq.
 
Hüquq müdafiəçisi Oktay Güləliyev isə açıqlaması zamanı baş verənləri çox pis dəyərləndirdiyini bildirdi. Mövsüm Səmədovla bağlı baş verənlərin yolverilməz hal olduğunu söyləyən hüquq müdafiəçisi, bütün bunları qərəz və siyasi sifariş kimi qiymətləndirdiyini söylədi. /

Google+ WhatsApp ok.ru