AİP lideri Mövsüm Səmədovun məhkəmə prosesi təxirə salındı

AİP lideri Mövsüm Səmədovun məhkəmə prosesi təxirə salındı

Bu gün Bakı Ali Məhkəməsində AİP lideri Mövsüm Səmədovun şikayətinə baxılıb. İslaminSesi xəbər verir ki, məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutub. 
 
Mövsüm Səmədovun vəkili Yalçın İmanovun iki gün bundan öncə Vəkillər Kolegiyası tərəfindən vəkillik fəaliyyətinin qadağan edilməsi səbəbindən onun da məhkəmədə iştirakı mümkün olmayıb.
 
Məhkəmə sədrləri Mövsüm Səmədovun özünün və vəkilinin məhkəmə prosesində iştirakı üçün iclası təxirə salıb. Növbəti məhkəmə prosesi dekabr ayının 6-ı saat 10:00-da Bakı Ali Məhkəməsində keçiriləcək.
 
Qeyd edək ki, Bakı şəhər Qaradağ Məhkəməsinin qərarı ilə 14 iyun 2017-ci ildə Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov barəsində 3 il müddətinə Qapalı Tipli Həbsxana rejiminə keçirilib. Həmin qərardan apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarı qüvvədə saxlamışdır.
 
Xatırladaq ki, M. Səmədov 2011-ci ilin yanvar ayında partiyanın baş məclisində hakimiyyət əleyhinə sərt çıxış etdikdən sonra həbs olunub. O, bir neçə ağır cinayət maddələri ilə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Qobustan Qapalı Tipli Təcridxanada saxlanılır. AİP lideri Beynəlxalq Təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.(islaminsesi)
 

Google+ WhatsApp ok.ru