Aşan avtobusunun sərnişinləri məktəblilər olub -FOTO

Aşan avtobusunun sərnişinləri məktəblilər olub -FOTO

-- 20 məktəbli və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb

Bakı-Qazax yolunda aşan turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.
 
APA-nın Gürcüstan müxbirinin verdiyi məlumata görə, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.
 
Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Qeyd edək ki, Bakı-Qazax yolunda sərnişin avtobusu “KamAZ” markalı yük maşını və “Mercedes” markalı avtomobillə toqquşub.
 
Yük maşını və minik avtomobili ilə toqquşan avtobus yoldan çıxaraq kənardakı yaşıllıq zonasına girib.

Google+ WhatsApp ok.ru