Aşağı Güzdəkdə evləri su basıb - VİDEO 17 Fevral 2017 02:00 Hadisə Aşağı Güzdək qəsəbəsində fərdi yaşayış evlərini su basıb. Maide.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqda olan fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 6 nəfərin təhlükəsiz əraziyə təxliyə olunmasını təmin ediblər. Teqlər : #Aşağı Güzdəkdə evləri su basıb VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəzər dənizində zəlzələ olub Təcili yardım: 4 qadın qarda yıxılaraq xəsarət alıb