Aşura ilə əlaqədar `SayYaHussein` kampaniyası başladı - FOTO

Aşura ilə əlaqədar `SayYaHussein` kampaniyası başladı - FOTO

Beynəlxalq “Sayyahussein” (De Ya Hüseyn)  kampaniyası Amerikanın Kaliforniya ştatında maraqlı bir aksiya edib. 
 
Belə ki, Həzrət İmam Hüseyn (ə) və əshabının susuz şəhid olması Kərbəla məktəbinin xatirəsini əziz tutmaq məqsədilə üzərində “#Sayyahussein” (De Ya Hüseyn) haştaqı yazılmış su şüşələri istehsal olunub. 
 
Maide.Az xəbər verir ki, bir neçə aydır ki, Aşura hadisəsini və İmam Hüseyn (ə) mesajını dünyaya çatdırmaq məqsədi ilə Kaliforniyada təsis olunan “Aşura” təşkilatı  İmam Hüseyni (ə) dünyaya tanıtmaq məqsədi ilə “Sayyahussein” beynəlxalq kampaniyasına start verib. 
 
Təşkilat İmam Hüseynə (ə) aşiq olan bütün şəxslərə müraciət ünvanlayaraq bu kampaniyaya qoşulmasını istəyib. Məqsəd İmam Hüseyni (ə) dünyaya tanıtmaqdır. 
 
Çağırışda İmam Hüseyn (ə) aşiqlərindən bir kağızın üzərində “#SayYaHussein” yazaraq əllərində tutub şəkil çəkdirmək və sosial şəbəkələrdə paylaşmaq xahiş edilib. 

Qeyd edək ki, “Aşura” təşkilatı həmçinin islamofobiya ilə mübarizə, Aşura həqiqətlərini xüsusi mütəxəssislərdən istifadə etməklə sosial mediada yaymaq və digər bu kimi işlərlə məşğul olacaq.

Google+ WhatsApp ok.ru