Böyük şəhərlərdə görünməz ölüm riski - Hər keçən gün artır 16 Aprel 2018 01:00 Sağlamlıq -- Mütəxəssislər altsheymer riskinin uşaqlıq vaxtlarında başladığını... Hava çirkliliyinin yüksək dərəcədə olduğu böyük şəhərlərdə altsheymer (alzaymer) xəstəliyi riski də yüksəkdir. Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Montana Universiteteinin elmi araşdırmasında qeyd edilib. Məlumat üçün bildirək ki, altsheymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Araşdırma çərçivəsində Meksikanın paytaxtı Mexikoda 11 aylıqda 40 yaşına qədər 203 nəfərin ekspertizası aparılıb . Aparılan müayinələr nəticəsində onlarda altsheymerə başlamasına və inkişaf etməsinə zəmin yaradan iki qeyri-adi protein müşahidə edilib. Alimlər hava çirkliliyə məruz qalanların beyinlərində hiperfosforile tau və beta amiloid proteini dozasının miqdarının yüksək olduğunu müəyyənləşdiriblər. Mütəxəssislər altsheymer riskinin uşaqlıq vaxtlarında başladığını, yaş artdıqca mövcud şəraitə uyğun artdığını qeyd ediblər. Məlumat üçün bildirək ki, bu xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65 yaşdan yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2006-cı il statistikasına görə 26,6 milyon, 2050-ci ildə isə bu rəqəmin dörd dəfə artacağı gözlənilir. Teqlər : #Böyük şəhərlərdə görünməz ölüm riski Hər keçən gün artır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pomidor yeməyin faydaları Bu qidanı iyunda yeyilməsi tövsiyə edilir
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir