Bəşşar Əsəd Ayətullah Xameneini təbrik etdi: İrana minnətdarıq

Bəşşar Əsəd Ayətullah Xameneini təbrik etdi: İrana minnətdarıq

Suriya prezidenti Bəşşar Əsəd Ali Rəhbər Ayətullah Xameneiyə məktub göndərib. Bəşşar Əsəd yazdığı məktubda İran xalqını terrorizmlə müharibədə Suriya xalqının hamisi adlandırıb.
 
Maide.Az xəbər verir ki, Suriya prezidenti Bəşşar Əsəd Ali Rəhbər Ayətullah Seyid Əli Xameneiyə ünvanladığı məktubda Diraz-Zurun mühasirədən azad edilməsində və strateji nailiyyətlərin əldə olunması münasibəti ilə, eləcədə Suriya Ərəb Ordusu, müttəfiqləri və dostlarıyla əməkdaşlığa görə Ayətullah Xameneini, İran dövlətini və dost İran xalqını təbrik edib. 
 
Suriya prezidenti məktubda terrorizmlə mübarizədə İran İslam Respublikasının prinsipial mövqeyini alqışlayaraq bildirib ki, zati-aliləri, İran xalqı və dövləti həmişə Suriyanın hamisi olub. 
 
B.Əsəd məktubunda qeyd edib: "Suriya Ərəb Respublikası və İran İslam Respublikasının zülm və təcavüzə qarşı müharibəsində, terrorizm təhlükələrinin aradan qaldırılmasında iştirak edir və ədalətə əsaslanan regional və beynəlxalq sistemin yaradılmasında, bütün millətlər və ölkələr üçün bərabərlik və ləyaqət tələbini davam etdirirlər".
 
Suriya ordusu və müqavimət qüvvələri sentyabr ayının 5-də Deyruz-Zur şəhərini 3 illik mühasirədən sonra azad edib.

Google+ WhatsApp ok.ru