Bəhreyn rejiminin məhərrəmlik rəmzlərinə hücumu ölkə ruhaniləri tərəfindən qınanıldı

Bəhreyn rejiminin məhərrəmlik rəmzlərinə hücumu ölkə ruhaniləri tərəfindən qınanıldı

Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin Bəhreynin qərbində Karzakkan şəhərində İmam Hüseynin (ə) Aşura qiyamının simvollarına hücum edib və bu simvolları yığışdırıb. 
 
Maide.Az xəbər verir ki, Karzakkan əhalisi Məhərrəm ayının gəlişi münasibəti ilə şəhər daxilində hazırlıq işləri görüb, qara bayraqlar asıb və üzərində Aşura qiyamına dair şuarlar yazılmış plakartlar asıb.
 
Bəhreyn rejim qüvvələri ötən gün isə əhaliyə hücum edib, Aşura qiyamının simvollarını və qara bayraqları yığışdırıb.
 
Ali Xəlifə rejim qüvvələri ötən gün Bəhreynin şimalında yerləşən Sanabis şəhərində də asılmış İmam Hüseyn (ə) əzadarlıq bayraqlarını yığışdırıblar. 
 
Məlumatda qeyd olunur ki, təhlükəsizlik qüvvələri Karzakkan şəhərin qara bayraqlar asan bir neçə nəfəri həbs edib. 
 
Bəhreynin ruhaniləri ölkədə Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin İmam Hüseynin (ə) Aşura qiyamının simvollarına hücum etməsini qınayıblar.
 
Bəhreynin bir qrup ruhanisi birgə bəyanat yayaraq, ölkədə Aşura simvollarına hücum etmənin əslində din və dini müqəddəslərə hücum etmək mənasında olduğunu qeyd edib. /

Google+ WhatsApp ok.ru