"O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər."

"Bəqərə" surəsi, ayə 3

İmam Səccad (ə) buyurur:
“Camaat elm oxumağın faydalarını bilsəydilər, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə təhsil ardınca gedərdilər.”



BÜTÜN XEYİRLƏRİN AÇARI...

Tarix : 31-08-2018 14:15

Allah-Taala “Bəqərə” surəsinin 269-cu ayəsində buyurur:

يُؤتِي الْحِكْمَةَ مَن يَشَاء وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الأَلْبَابِ

Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir bəxş edilmişdir. Bunu ağıllı adamlardan başqası dərk etməz!”

NÖQTƏLƏR

Ayədə qeyd olunan “əlbab” sözü beyin mənasını verən “lubb” sözünün cəm formasıdır. Heç də bütün insanlar “ulul-əlbab” – düşüncə sahibi? Ağıllı  adam sayılmır. Yalnız ağlını işə salanlar, həqiqi səadət yolunu tapanlar düşüncə sahibi və ağıllı adam adlanır.

Hikmət dedikdə mərifət, sirlərin tanınması, həqiqətlərdən xəbərdarlıq, həqiqətə çatmaq nəzərdə tutulur. Allah-Taala bəzi insanlara onların paklığı, təqvası və təlaşına görə hikmət əta edər. Onlar bu hikmət vasitəsilə şeytani vəsvəsələri ilahi ilhamlardan seçər, quyunu yoldan, şüarı şüurdan fərqləndirərlər. Böyük və çoxlu xeyir məhz budur!

Rəvayətdə oxuyuruq: “Hikmət mərifət və dində “təfəqquh”-dərrakədir. Hikmət Allaha itaət, məsum rəhbərləri tanımaq və kəbirə günahlardan çəkinməkdir.” (“Təfsiri-Nurus-səqəleyn”, 1-ci cild, səh.287.)

BİLDİRİŞLƏR

1. Var-dövlət xeyir olsa da, çoxlu xeyir hikmət, bəsirət və fərqləndirmə gücünə sahib olmaqdır. Bu xeyirdən infaq edənlər böyük xeyrə çatar.

2. Şeytan fəqirlik, Allah isə bağışlanma və fəzl vəd edir. Amma bu iki yoldan hər birini tanımaq və seçmək üçün hikmət lazımdır.

3. Dünya bütün var-dövləti ilə cüzidir (“Nisa”/77). Hikmət isə çoxlu xeyirdir. Əgər hikmət və bəsirətə çatmaq üçün bütün maddi imkanlar fəda olunsa, buna dəyər.

4. Hikmət ən böyük hədiyyə və bütün xeyirlərin açarıdır. Hikmətə çatan şəxs bir çox şeylərə çatacaq.

5. Dünyapərəstlər var-dövlət və maddi hesablara arxalanır, xeyir-zərəri maddi baxımdan ölçürlər. Amma ağıllı adamlar, uzaqgörənlər və düşüncəli yol tanıyanların hesabı başqa baxımdandır. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, “Bəqərə” surəsi, 269-cu ayənin təfsiri.)/ Maide.Az / 

 

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:09
06:29
12:32
18:49
23:53
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

24-09-2018 20:14