B.Əsəd: Hələbin tam azad olması ilə terroristlərin və Qərbin daha heç bir şansı qalmır

B.Əsəd: Hələbin tam azad olması ilə terroristlərin və Qərbin daha heç bir şansı qalmır

Suriya prezidenti Bəşşar Əsəd deyir ki,  Hələb şəhərinin  işğaldan tam azad olması ilə  terrorçular və Qərb ölkələrinin əllərində olan sonuncu şans da məhv olacaq. 
 
Maide.Az xəbər verir ki,  “Əl-Vətən” qəzetinə müsahibə verən B.Əsədin müsahibəsinin bəzi detalları açıqlanıb.  “Hələbin terroristlərin və Qərbin əlindən tam azad olması ilə  onların daha heç bir şansı qalmır. Suriyanın bütün ərazilərinin o cümlədən Hələbin terrorçulardan təmizlənməsinə qərar verilib”. 
 
B.Əsəd deyib ki,  Dəməşq və Homsda məğlub olduqdan sonra onların son ümid yerləri Hələb idi və Hələb Suriyada müharibənin taleyini tamamilə dəyişəcək. Hələbin azad olunması yəni o deməkdir ki, Qərb və region ölkələrinin çirkli planları uğursuz oldu”
 
B.Əsəd deyib ki,  hazırda  Amerikalılar  Hələbdə atəşkəs elan olunmasını istəyirlər, ona görə ki, onların bu şəhərdəki muzdluları çox ağır şəraitlə üz-üzədirlər.  
 
B.Əsəd həmçinin Rusiyanın Suriyadakı hadisələrdəki roluna toxunub və deyib ki, Rusiya bizimlə əməkdaşlıqda heç vaxt çalışmayıb ki, bizi nəyəsə məcbur etsin. Rusiyanın Suriya ilə bağlı siyasətləri qarşılıqlı hörmət prinsipi əsasındadır. 
 
Qeyd edək ki,  Suriya Ordu Qüvvələri  və onların müttəfiqləri  son günlər təqribən Hələbin şərq bölgəsində 80 faiz əraziləri terrorçuların işğalından azad ediblər.  Hələb şəhəri 2012-ci ildən iki şərq və qərb hissəsinə bölünüb.  Hələbin qərb bölgəsi Suriya ordusunun nəzarəti altındadır və şərq bölgəsi isə terrorçuların işğalında idi ki, hazırda bu ərazilərin də böyük hissəsi Suriya ordusunun nəzarətinə keçib. 
 
Suriya prezidenti  böhrandan həqiqi çıxış yolunu milli barışıqda gördüyünü deyib. “Bütün müxalif qüvvələr muzdlular deyil, biz terrorzim və əcnəbi tərəflərə bağlılığı olmayan müxaliflərlə danışıqlar aparmağa hazırıq.” 
 

Google+ WhatsApp ok.ru