Bəhreyn dövləti Fars Körfəzində ən böyük Katolik kilsəsi tikmək istəyir

Bəhreyndə Ali Xəlifə rejimi muzdurları indiyədək bu ölkədə 38 məscidi dağıdıb və onların yenidən qurulmasına icazə verməyirlər, lakin Fars Körfəzi bölgəsində  ən böyük Katolik kilsəsini tikməkdə israrlıdırlar.
Bəhreynin “Əl-Lölö” saytının məlumatına görə,  Ali Xəlifə rejim başçıları bu kilsənin tikilməsi üçün 30 milyon dollar vəsait ayırıblar.
Bəhreynin hakimi Həmd bin İsa  kilsənin tikilməsi üçün 9 min kvadrat metr yer hədiyyə edib.
Məlumata əsasən,  Bəhreyndə 100 mindən az Katolik xristian yaşayır və onların əksəriyyəti  Filipin, Hindistan, Şri Lanka və Pakistandan gəlmiş miqrantlardır. Yerli əhali arasında xirsitanlar çox azlıq təşkil edir.
Ümumiyyətlə Ərəb yarımadasında Katoliklərin sayı hardasa 2 milyon civarındadır ki, onlardan  əsasən Kuveyt və Qətərdə yarım milyon, Səudiyyə Ərəbistanında bir milyon beş yüz min nəfri yaşayır.  

Google+ WhatsApp ok.ru