Bəhreyndə iki şiə ruhanisinə məscidlərdə minbərə çıxmaq qadağan olunub

 
Ali Xəlifə rejimi  Bəhreyndə şiələrin tanınmış iki ruhanisinə “Seyid Kamal Haşimi” və “Şeyx Məhəmməd Monsi”-yə məscidlərdə möizə və xütbə oxumağı qadağan edib. 
Maide.az-ın Reuters-ə istinadən məlumatına görə,  Ali Xəlifə rejimi bu iki ruhaniyə qadağanı “dini dialoq əsaslarını və əxlaqını” pozduqlarına görə tətbiq edib. Onlara Bəhreynin müxtəlif bölgələrində xüsusi ilə paytaxt manamada  məsciddə minbərə çıxmaq və moizə etmək qadağan olunub. Ruhanilər isə Bəhreyn rejiminin bu qadağasına məhəl qoymur. 
Bəhreynin Əl-Vifaq Cəmiyyəti bəyanat yayıb və Ali Xəlifə rejiminin bu qərarını pisləyib və deyib ki, rejim söz azadlığı, fikir azadlığı və əqidə azadlığını məhdudlaşdırmaq üçün ən çirkin yollardan istifadə edir. /
 

Google+ WhatsApp ok.ru