Bəzi rayonlarda qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 12:00-dan 14:00-dək Hacıqabul rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Şirvan şəhərinin bir hissəsinə, saat 18:00-dək Qəbələ rayonuna, Göyçay, Ağdaş, Xəzər, Sabunçu, İsmayıllı, Binəqədi və Qusar rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. /

Google+ WhatsApp ok.ru