Bəhreynli şiələrdən üləmaya çağırış: Ayətullah Nəmirin edamına mane olun!

Bəhreyn "14 Fevral İnqilabı" təşkilatı Nəcəf və Kərbəla alimlərindən ərəbistanlı şiə alimi Şeyx Nəmirin edam edilməsini maneə yaratmaq üçün Ərəbistana təzyiq etməyə çağırıb.
 
Maide.az-ın məlumatına görə, sözügedən təşkilat tərəfindən nümayiş olunan məlumatda bu ifadələr yer alıb: "Riyad Xüsusi Cəza Məhkəməsinin Şeyx Nəmirin edam edilməsi istiqamətində verdiyi qərarı şiddətlə qınayırıq. Bu hökmün tətbiq olunması vəziyyətində ərəbistanlı səlahiyyətliləri xəbərdar edirik və deyirik ki, Bəhreyndəki bütün şiələr və eyni şəkildə Katif və İhsa şəhərlərində olan ərəbistanlı şiələr buna etiraz edəcəyik və beynəlxalq terrorizmin qaynağı olaraq bu cinayətin də əsl məsulu olan Səud xanədanının ayaqlarının altındakı hakimiyyəti yerindən oynadacağıq."
 
Şeyx Nəmiri İslam ümmətinin böyük fəqihlərindən biri kimi xarakterizə edən məlumatın bir başqa hissəsində də İslam üləmasına çağırış olunub: Şeyx Nəmir zalım və diktatura rejimi qarşısında qorxmadan əmri məruf və nəhyi münkər vəzifəsini yerinə yetirdi. İndi digər üləma, xüsusilə Kərbəla, Nəcəf və Qumda olan hörmətli alimlər dövrəyə girməli və Şeyx Nəmirin edamının dayandırılması üçün ərəbistanlı səlahiyyətliləri xəbərdar etməlidirlər."

Google+ WhatsApp ok.ru