Bəhreyn rejimi aksiyalara qatılan vətəndaşları həbs etdi

Ali Xəlifə rəhbərliyi hərbi qüvvələri ölkənin müxtəlif bölgələrində təşkil etdikləri basqınlarda çoxlu sayda Bəhreyn vətəndaşını həbs edib.
 
Maide.az-ın məlumatına görə, Ali Xəlifə rejiminin əsgərləri mülki paltarlı agentlərlə birlikdə Sar, Şahura, Əbu Sabiy, Karanə, Mukabə, Əbu Kuh və əl-Dəraz kimi bölgələrdə xalqın evlərinə basqınlar təşkil edərək hökumət əleyhinə çıxanların bir çoxunu həbs ediblər.
 
Həbslərin ən kiçik bir səbəb irəli sürülmədən həyata keçirildiyi və bəzi bölgələrdə qadın və uşaqlara qarşı da təzyiqlər olunduğu bildirilir.

Google+ WhatsApp ok.ru