Bəhreyndə etiraz nümayişi keçirildi

Bəhreyn təhlükəsizlik gücləri ölkənin şimal qərbində rejim əleyhinə aksiyaçılara hücum edib.
 
Maide.az-ın məlumatına görə, 14 Fevral Hərəkatının çağırışından sonra xalq öz haqlarını müəyyənləşdirmək tələbiylə nümayişə qatılıb.
 
Ancaq Bəhreyn təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq məqsədi ilə zəhərli qazla müdaxilə edib.
 
Bəhreyn inqilabçı qrupları cümə günü verdikləri açıqlamada məhərrəm ayının ilk on gününün Ali Xəlifə rejiminə qarşı etirazlarını bildirmək üçün uyğun bir fürsət olduğunu bildiriblər.
 
Bəhreynli inqilabçı qruplar Bəhreyn inqilabının İmam Hüseyn (ə) qiyamının davamı xüsusiyyətində olduğunu bildirərək, Bəhreyn xalqını Aşura matəm mərasimlərinə sıx şəkildə qatılmağa çağırıb.

Google+ WhatsApp ok.ru