Bəhreyn xalqı Ali-Xəlifə rejiminə qarşı aksiyalar keçirib

Bəhreyn xalqı cümə günü ( 24 oktyabr ) bu ölkənin şimal qərbində yerləşən Bəni Cəmərə və paytaxt Manamada geniş aksiyalar keçirərək Ali-Xəlifə rejiminin xalqın qanuni tələblərinə qəbul etməsini istəyiblər.
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Bəhreyn xalqı həmçinin siyasi məhbusların və etirazçıların azad edilməsi tələb ediblər.
Məlumata əsaəsn, onlar bu ölkədə demokratik quruluşun bərqərar edilməsinə təkidlə istəyib, Ali-Xəlifə rejimi tərəfindən işgəncə və repressiya  siyasətlərinin davam etməsini pisləyiblər.
Bəhreyndə xalq etirazlarının başlanmasından indiydək Ali-Xəlifə rejimi bu ölkə vətəndaşlarının tələblərini yerinə yetirmək əvəzinə aksiyaçıların bir çoxunu öldürüb , çoxlu sayda insanı isə həbs edib.
Ali-Xəlifə rejimi bəzi bəhreynli etirazçıları həbs etdikdən sonra vətəndaşlıq hüquqlarından məhrum edib.
Bəhreynli inqilabçı qruplar Bəhreyn inqilabının İmam Hüseyn (ə) qiyamının davamı xüsusiyyətində olduğunu bildirərək, Bəhreyn xalqını Aşura matəm mərasimlərinə sıx şəkildə qatılmağa çağırıb./

 

Google+ WhatsApp ok.ru