Bəhreyndəki seçkilərdə iştirak üçün ölülər də dəvət olunur

Bəhreynin baş  prokroru Xalid bin Əli Al Xəlifə ölmüş şəxslərə məktub göndərir və onları seçkilərdə iştirak etməyə çağırır. Bunu Bəhreyn rejiminə  ən böyük müxalif qüvvələrdən olan  Əl-Vifaq Cəmiyyətinin rəhbərlərindən olan Tahir əl-Musəvi öz twiter səhifəsində yazıb. 

Maide.az-ın  əl-Aləm kanalına istinadən məlumatına görə, T.Əl-Musəvi yazıb ki, Bəhreyn rejimi ataları həbsdə olan gənclərə də məktub göndərib onları  seçkilərdə iştirak etməyə çağırıb. 

Məlumata əsasən, "Bəhreyn, baykot edir" qrupu rejimin atdığı bu cür addımları ifşa edir və xalqı seçkiləri baykot etməyə çağırır. 

Qeyd edək ki, Bəhreynin parlament və bələdiyyə seçkiləri 2014-cü il 22 noyabr tarixində keçirilməsi qərara alınıb.

Bu seçkilər ərəfəsində Bəhreyn daxili işlər nazirliyi xalq etiraz aksiyalarının qarşısını almaq məqsədi ilə,  ölkənin partiyaları və siyasi qruplarına xəbərdarlıq edib və hər cür aksiyanın keçirilməsinə qadağa qoyub.

Aksiya keçirənlərə qarşı ağır cəzalar verilməsi  nəzərdə tutulub. Ali Xəlifə rejimi Bəhreynin müxtəlif məntəqələrində təhlükəsizlik tədbirlərini artırıb./

 

 

Google+ WhatsApp ok.ru