Bəhreyndə keçirilən parlament seçkilərində xalqın iştirakı zəif dəyərləndirilib

Bəhreynin Milli Vifaq Cəmiyyəti parlament seçkilərinin 7-ci dövründə bu ölkə xalqının iştirakının zəif olduğunu bildirib.

Maide.az-ın məlumatına görə, Bəreyndə fəaliyyət göstərən bu müxalif cəmiyyət  bəyanat yayaraq qeyd edib :"Ali Xəlifə rejiminin bəhreynli vətəndaşlarını təhdid etməsinə rəğmən parlament seçkilərində bu ölkə vətəndaşlarının təkcə 30 faizi iştirak edib."

Məlumata əsasən, bəyanatda deyilir ki, əhalinin seçkilərdə  zəif iştirakına görə, Bəhreyn hakimiyyəti bu ölkənin bütün təhlükəsizlik orqanları , eləcə də qeyri-hərbi işçilər və təhlükəsizlik qurumlarının aşağı rütbəli işçilərini belə bu seçkilərdə iştirak etməyə məcbur etmişdir.

Bəhreyndə siyasi qurumlar xüsusilə də Milli Vifaq Cəmiyyəti seçkiləri boykot edərək xalqdan istəmişdilər ki, ölkədə siyasi sosial və təhlükəsizlik vəziyyətinin optimallaşmamasını gördükləri üçün bu seçkilərdə iştirak etməsinlər.  

Qeyd edək ki, Bəhreynin parlament və bələdiyyə seçkiləri 2014-cü il 22 noyabr tarixində keçirilib.

 

Google+ WhatsApp ok.ru