Bəhreynli məhbusların vəziyyəti ağırdır

Bəhreynin Əl-Co zindanında saxlanılan etirazçı məhbusların vəziyyəti ağırdır.
 
Maide.az-ın məlumatına görə, Əl-Vifaq cəmiyyəti məlumat yayıb və bildirib ki,  Əl-Co zindanında saxlanılan Bəhreynli etirazçıların ailələri, çərşənbə günü bir bəyanat yayaraq bildiriblər ki, "Əl-Co həbsxana məmurlarının pis rəftarları nəticəsində məhbusların 4 nəfəri ölüm təhlükəsi ilə üzləşib"
Bəyanatda  bildirilir ki, zindanda səhiyyə məsələlərinə diqqət edilmir, məhbusların yerləri dardır və məhbuslarla çox pis rəftar edilir. Məhbuslar ailələrini görməkdən məhrum edilir.
Məhbus ailələri məhbuslar üçün hər bir ağır hadisənin baş verdiyi halda Ali Xəlifə rejiminin məsuliyyət daşışıyacağını elane diblər. Bundan əvvəl həbs edilmiş bir neçə bəhreynli etirazçı Ali Xəlifə rejimi zindanlarının məmurları tərəfindən işgəncəyə məruz qalaraq həlak olub./

Google+ WhatsApp ok.ru