Bəhreynin diktator hökumətinə müxalifət sərt reaksiya verdi

Bəhreyn müxalifəti bu ölkənin diktator hökümətinin ölkədə məscid sökmə hərəkətini rejimin irqçilik siyasəti kimi xarakterizə edib.
Əl-Aləm televiziyasının verdiyi xəbərə görə, Bəhreyn 14 Fevral Hərəkatı dekabrın 20-də bununla bağlı bəyanat verib. Müxalif hərəkat diktator rejimin Manamenin qərbində yerləşən Əl Veti məscidini dağıtmasını qınayıb. Bəyanatda Bəhreyn rejiminin bu kimi cəhdlərinin ilahi və dini dəyərlərə açıq-aşkar düşmənçilik və irqçilik düşüncəsinin hakim olması ilə əlaqələndirilib .
Müxalifət məscidlərin müdafiəsi proqramlarının davam edəcəyini bəyan edib. "Xalq dağıdılmış məscidləri yenidən bərpa edərək bu məscidlərdə namaz qılınması üçün şərait yaradacaq".
2014-cü ilin fevralın 14-də Bəhreyn xalq inqilabının başlamasıyla Bəhreyn rejimi ölkədə 40-a yaxın məscidi dağıdıb və bu məscidlərdən birinin yerində isə park salıb.
Qeyd edək ki, Bəhreynin diktator rejimi məscidləri sökməklə ölkədə Əhli-Beyt (ə) ardıcıllarının fəaliyyətlərini məhdudlaşdırmaq istəyir. deyerler /

Google+ WhatsApp ok.ru