Bəşər Əsəd Putinin təklifilə 4 ildən sonra ilk dəfə Suriyanı tərk edir...

Ərəb mediasında Bəşər Əsədin Moskvaya gedəcəyilə bağlı xəbər yayılıb

İslamazeri.az-ın verdiyi xəbərə görə, bu haqda “Əks Əl sir” qəzeti məlumat yayıb.
Qəzetin BƏƏ-dəki mənbəsi bildirib ki, Rusiyanın “Suriya sülh plan”ı bu dəfə çox fərqli bir formatda Moskvada baş tutmalıdır.
Xəbərə görə, Suriya müxalifətinin sabiq liderlərindən olan, “Suriya Milli Koalisiyası”nın rəhbəri Müəz Əl Xətib də, bu görüşdə iştirak edəcək.
Bu qəzet ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla bildirir ki, bu görüşdə həmçinin Suriya ordusunun 2012-ci ildə ölkəni tərk edən generallarından olan və heç bir müxalif qruplara qoşulmayan Manaf Təllas da, iştirak edəcək.
Məlumata əsasən, bu görüş haqqında Putin Türkiyəyə səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da məsləhətləşib. Lakin Türkiyə prezidenti Bəşər Əsədin belə bir radikal addıma risk edəcəyinə; Suriyanı tərk etməyə hazır olacağına və danışıqlar üçün masaya oturacağına inanmadığını bildirib.
Mənbədən bildirilib ki, Putin Ərdoğana bu haqda zəmanət verib. Bu da, Türkiyə prezidentini çox təəcübləndirib, çünki Bəşər Əsəd son 4 il ərzində Suriya ərazisini tərk etməyib.
 

 

Google+ WhatsApp ok.ru