Bəhreyndə Ali Xəlifə rejim qüvvələri evlərə basqın edib, 11 şiə gənc həbs olunub

Bəhreyndə Ali Xəlifə rejiminin muzdurları bu gün səhər Sanabes bölgəsinə hücum edib, evlərə basqın edib və   11 şiə gənci həbs edib. 
Maide.az-ın məlumatına görə, Bəhreyn 14 Fevral Koalisiyası bəyanat yayaraq Ali Xəlifə rejim qüvvələrinin  Manamanın qərbində yerləşən Sanabes bölgəsinə hücumunu  pisləyib və gecə vaxtı evlərə təşkil olunan basqınları tənqid edib. 
Bəyanatda bildirilir ki, Ali Xəlifə rejim qüvvələri Sanabes bölgəsinin girişində yoxlama məntəqəsi yaradıb, bölgə tamamilə mühasirə olunub və evlərə hücum edərək 11 şiə gənci həbs edib.  “Sanabes bölgəsinin mühasirəsi insan haqlarının pozulması və əxlaqa sığmayan bir hərəkətdir.” – deyə 14 Fevral Koalisiyası bəyanatında bildirilir. / 
 
 

Google+ WhatsApp ok.ru